Ağciyər çatışmazlığından vəfat edən BDU-nun tələbəsi dəfn olunub

Hazırda oxunan: Ağciyər çatışmazlığından vəfat edən BDU-nun tələbəsi dəfn olunub

99988

Ağciyər çatışmazlığından vəfat edən Bakı Dövlət Universitetinin kimya fakültəsinin 3-cü kurs tələbəsi Rəhiməxanım Akif qızı Məmmədova bu gün Quba şəhər qəbristanlığında torpağa tapşırılıb. 

Mərhumun yaxın qohumu Emin Kərimovun Bizim.Media-ya verdiyi məlumata görə, tələbə qızın xəstəliyi 3 gün ərzində məlum olub və o, Bakıdakı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.  

Dəfn mərasimində yaxınları ilə yanaşı, Rəhiməxanımın təhsil aldığı Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı və müəllimləri iştirak edib. 

Qeyd edək ki, o, ailənin böyük övladı olub.  

Allah rəhmət eləsin!  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin