Şahdağa qar yağıb, Əyriçaydan sel keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumatında bildirilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.
Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:19 / 18.10.2022
Oğuzdan SEL keçib – Şahdağa isə Qar yağıb - VİDEO
Hazırda oxunan: Oğuzdan SEL keçib – Şahdağa isə Qar yağıb - VİDEO
Hazırda oxunan: Oğuzdan SEL keçib – Şahdağa isə Qar yağıb - VİDEO
99981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.