Coğrafiya və biologiya fənləri birləşdirilə bilər? - EKSPERT RƏYİ

Hazırda oxunan: Coğrafiya və biologiya fənləri birləşdirilə bilər? - EKSPERT RƏYİ

99964

Bir ilə yaxındır ki, Azərbaycanda orta məktəblərdə keçirilən fənlərin sayının azaldılması məsələsi gündəmdədir. Bunun əsasında da bir-birinə yaxın fənlər birləşdirilərək, bir fənn formasında proqrama salınacaq. Hətta ona əsasən coğrafiya və biologiya fənlərinin bir fənn olaraq keçirilməsi gözlənilir.

Görəsən, coğrafiya və biologiya fənlərinin birləşdirilməsi nə dərəcədə məntiqlidir?

Bizim.Media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov sözügedən fənlərin birləşdirilməsi deyil, ayrı-ayrı fən olaraq keçirilməsini daha məqbul hesab edir:

“Şagirdləri əlavə dərs yükündən xilas etmək üçün guya iş gedir. Orta məktəblərdə keçirilən fənlərin sayının azaldılması məsələsi qoyulub. Bu yolla dərs yükünü müəyyən qədər azaltmağı düşünürlər. Ona görə də hazırda inteqrativ dərsliklər hazırlanır.
Bir-birinə qohum fənlər birləşdirillərək, bir fən formasında proqrama salınacaq. Bu xüsusda da biologiya ilə coğrafiya fənninin bir fən əsasında keçirilməsi gözlənilir.

Məsələnin bu cür qoyuluşu çıxış yolu deyil. Əksinə, belə birləşmələr yeni problemlər yaradacaq. Coğrafiya və biologiya ayrı-ayrı ixtisaslardır. Bir fən üzrə birləşdirildikdə, onu coğrafiya, yoxsa biologiya müəllimi tədris edəcək? Bu bilinmir. Hansısa fənnin tədris proqramından çıxarılması doğru deyil, əksinə hansısa fəndəki artıq, şagirdə lazım olmayan ikinci, üçüncü dərəcəli materiallar çıxarılmalıdır ki, tədris proqramı yüngülləşsin”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin