Doğranaraq zibil qutusuna atılan qadınla bağlı Komitədən AÇIQLAMA

Hazırda oxunan: Doğranaraq zibil qutusuna atılan qadınla bağlı Komitədən AÇIQLAMA

9996

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən gün Bakıda qayınatası tərəfindən vəhşicəsinə qətlə yetirilən qadınla bağlı faktı nəzarətə götürüb. 

Bu barədə Bizim.Media-ya qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəlinini doğrayan şəxs tutuldu - YENİLƏNİB


O, baş verən dəhşətli hadisə ilə bağlı istintaq hərəkətlərinin aparıldığını qeyd edib:

“İlkin səbəbləri istintaq getdiyi üçün açıqlaya bilmirik. Baş verən qadın qətlini komitə olaraq sərt tənqid edir, bunu qadın hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Məişət zorakılığına dair mübarizə müxtəlif dövlət proqramlarında problem olaraq qeyd olunsa da, komitə tərəfindən bu məsələ bir hədəf kimi götürülüb və proritet olaraq əsas istiqamətlərimizdən biridir.

Müşahidələr göstərir ki, ailə zorakılığına səbəb qısqanclıq, maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, eləcə də ailə mədəniyyətinin aşağı olmasıdır.

Sağlam ailə mühitində tərbiyə olunan, zorakılığa məruz qalmayan və zorakılıq hallarını müşahidə etməyən uşaq cəmiyyətə asan inteqrasiya edir. Yaşadığı ailə münasibətlərinə uyğun prioritet funksiyalar daşıyır”. 

Komitə rəsmisinin sözlərinə görə, məişət zorakılıqlarına məruz qalan hər kəs gender-əsaslı, məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı 860 qaynar xəttə zəng edib təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər:

”Məişət zorakılığına qarşı mübarizə işinin təşkili üçün artıq funksional mexanizmlər qəbul edilib. Yerlərdə icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti təmin edilib. Həmçinin məişət zorakılığı ilə bağlı hüquqi müstəvidə bir çox normativ aktlar qəbul olunub”. 

Qeyd edək ki, ötən gün Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

Cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli Banu Məhərrəmovanın qayınatası İ.Məhərrəmovun  törətdiyi məlum olub. İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin