Ötən gün Qubada regional Perinatal mərkəzində ana və uşaq ölümü barədə məlumat vermişdik. Xaçmaz şəhər sakini, 41 yaşlı Pərzad Qasımova 5-ci hamiləliyi ilə doğuş üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına müraciət etmiş, oradan isə Quba Perinatal mərkəzinə göndərilmişdi.
Mərkəzdə həkimlərin səylərinə baxmayaraq, ana və uşaq dünyasını dəyişmişdi. Ana və körpəsinin ölüm səbəbi hələ açıqlanmır.
MÖVZU İLƏ BAĞLI:
Qubada doğuş zamanı ana və körpəsi öldü
Bizim.Media-nın müraciəti əsasında Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib ki, hazırda qeyd olunan faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu