E-hökümət-ə qoşulan bəzi qurumlar niyə kağız formasında sənəd tələb edir? - Mövqe

Hazırda oxunan: E-hökümət-ə qoşulan bəzi qurumlar niyə kağız formasında sənəd tələb edir? - Mövqe

99913

“Bütün dövlət qurumlarında elektron sistem yaradılıb. Və hər bir nazirlik və ya dövlət qurumu da özünü datasının sahibi kimi aparır. Qəribə də olsa real vəziyyət belədir.  Bəziləri uzun illər formalaşan datanı kimə istəsə pulsuz-parasız verir, bəziləri kimə istəsə satır, hətta xarici şirkətlərə təqdim edən də var, Və bir çoxları da onun üzərində kommersiya qurub özü üçün işlədir. Bəlkə də elə buna görə bir çox hallarda bəzi nazirliklər datanı inteqrasiya etməkdə maraqlı deyillər. Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada sənədlər tələb edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda elektron xidmətlərin sayı artırılır


Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizim.Media-ya E-hökümət proqramından danışarkən deyib.

O, əlavə edib ki, ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə bir xeyli səylər göstərsə də reallıq ondan ibarətdir ki, artıq bu iş bəlli bir səviyyəyə gəlib çatandan sonra irəli getmir, donub qalıb:

“Gorünən odur ki, eGov Mərkəzinin kordinasiya imkanları çox zəifləyib.

Əslində lap əvvəldən də eGov sahəsində kordinasiyada problemlər olub. Nəhəng dövlət qurumlarına datanı bölüşməklə, inteqrasiya ilə bağlı təsir etmək elə də asan başa gəlmir. Nəticədə isə elektronlaşma, rəqəmsal transfromasiya ləngiyir”.

Osman Gündüz daha sonra bildirib ki, BMT-nin son Hesabatından da biz bunun acı nəticələrini gördük:

“Şəxsən mən gözləyirdim ki, bu hesabatdan sonra müvafiq qurumlar yığışıb hökumətə yeni təklif verəcəklər.Təəssüf ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də dataların tənzimlənməsi və ondan effektiv istifadə sahəsində ciddi səylər göstərmir.
Bildiyim qədər Nazirlik "Fərdi məlumatlar haqqında" qanun layihəsini də hazırlayıb hökumətə təqdim edib. Amma, ümumiyyətlə rəqəmsal transformasiyada dataların yeri, ondan effektiv istifadə məsələləri, açıq məlumat bazaların formalaşması sahəsində problemlər qalır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin