“Bakı Mexanikləşdirmə”x9d Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta”x9d konserni Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. ASC borcun qaytarılması barədə tələb irəli sürüb
“Avesta”x9d konserninin sahibi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Bakı Mexanikləşdirmə”x9d ASC-yə olan borcunun miqdarını açıqlayıb. İş adamı modern.az saytına deyib ki, şirkətə olan borcu 10 min manatdır:
“Biz həmin şirkətdən kran icarəyə götürmüşdük. May ayından etibarən kran bizə gərəkli olmadığından onlara geri aparmağı məsləhət görmüşük. Amma bu günə kimi kranı götürməyib və təhvil-təslim etməyiblər. Bu, bizim günahımız deyil.
Mən tapşırıq vermişəm ki, təhvil-təslim prosesindən dərhal sonra vəsait ödənilsin. Onlar vaxtı uzadaraq daha çox pul almağa çalışırlar. Amma dərk etmirlər ki, may ayından ərazidə iş dayanıb və krana ehtiyac qalmayıb”x9d.
Hacı İbrahim qeyd edib ki, məsələ ilə bağlı akt tərtib olunub:
“Biz akt tərtib etmişik. Şərləməklə deyil ki... Gəl, təhvil-təslim et, pulunu verməsələr, sənədini əlinə al, get məhkəməyə müraciət et. Heç bir yerdə belə bir sistem yoxdur axı...
“Niyə aparmırsız?”x9d soruşanda da “kranı sökməyə pulumuz yoxdur”x9d deyirlər. Digər tərəfdən də şərlə, böhtanla məhkəməyə müraciət edirlər. Hansı məntiqlə hərəkət edirlər, anlamıram”x9d.



























































































