Azərbaycanlı ruhanilər Səudiyyə kralını üzr istəməyə çağırdılar ”“ Bakıda

Hazırda oxunan: Azərbaycanlı ruhanilər Səudiyyə kralını üzr istəməyə çağırdılar ”“ Bakıda

99821
Azərbaycan ruhaniləri Mina faciəsinə görə Səudiyyə Ərəbistanını müsəlmanlardan üzr istəməyə çağırıblar.

Strateq.az bildirir ki, dindarlar bu bəyanatla dünən Mina faciəsində qurban gedənlərin xatirəsinə həsr olunmuş tədbirdə çıxış ediblər. Tədbirdə Şeyx Sərdar Hacıhəsənli, Hacı İlqar İbrahimoğlu, Hacı Mircəfər Əyyubzadə, Hacı Zülfüqar Mikayılzadə və digər ruhanilər çıxış edərək Həcc ziyarətinin əhəmiyyəti barədə danışıblar.

Daha sonra iştirakçılar Minada baş vermiş faciəyə toxunaraq bu hadisəyə səbəb olanların məsuliyyətsizliklərini pisləyiblər. İlahiyyatçılar baş vermiş faciəyə görə müsəlmanlardan üzr istəməyin vacib olduğunu, hadisəni şəffaf şəkildə araşdırılmasının zəruriliyini vurğulayıblar.

Toplantıda həmçinin Səudiyyə Ərəbistanını Həcc ziyarətini təşkil  edə bilməməkdə ittiham ediblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin