Həmkarlar İttifaqındakı üzvlükdən çıxmaq işçini hansı üstünlüklərdən məhrum edə bilər?

Hazırda oxunan: Həmkarlar İttifaqındakı üzvlükdən çıxmaq işçini hansı üstünlüklərdən məhrum edə bilər?

99744

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları haqqında tez-tez istər tərif, istərsə də tənqid doğuran məqamlarla bağlı fikirlər bildirilir həmçinin yazılar dərc olunur. Əsasən mübahisə yaradan mövzu aylıq əmək haqqılardan üzvlüyə görə, 1-2 faizin tutulmasıdır. Maaşı az olan işçilər çox zaman bu faizlərə görə əmək haqqlarının az miqdarını əldə edə bilirlər. Bu da Həmkarlar İttifaqındakı üzvlükdən imtina etmək məsələsəsini gündəmə gətirir.

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, bütün ictimai təşkilatlar, o cümlədən Həmkarlar İttifaqına üzvlük könüllüdür və buna görə də gər bir şəxs istədiyi vaxt üzvlükdən çıxa bilər:

“Həmkarlar Haqqında qanunun 3-cü maddəsinə əsasən işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Bundan əlavə işçinin həmkarlara üzv olmaq yalnız ərizə əsasında həyata keçirilir. Üzv olmaq işçinin səlahiyyətinə daxildir. Əgər şəxs həmin üzvlüyə görə maaşdan müəyyən məbləğin tutmasından narazıdırsa, tələbini irəli sürə bilər, lakin 3 ay müddətində ödəmədiyi təqdirdə, təşkilata üzvlükdən xaric edilə bilər”.

Həmkarlar İttifaqındakı üzvlükdən çıxmaq işçini hansı üstünlüklərdən məhrum edə bilər?

“Dövlət tərəfindən deyil, Həmkarlar İttifaqı tərəfindən verilən imtiyazlar- sanatoriya-kurort ərazilərinə göndəriş vərəqəsi, müəyyən güzəştlərdən, mədəniyyət müəssisələrinin təşkili, əlavə təhsil, istirahət, turizm, bədən tərbiyəsi və idmana cəlb kimi üstünlüklərdən məhrum ola bilərlər. Üzvlükdən imtina etmək analıq məzuniyyəti, süd pulu və bu kimi şeylərin alınmasına maneə törədə bilməz”.

Hüquqşünas Ə.Mustafayev ittifaqa üzv olmağın üstün məqamlarını da diqqətə çatdırıb: 

“Həmkarlar İttifaqının üvzü olmağın üstünlüyü budur ki, işəgötürən tərəfindən işçinin hər hansı hüququ pozulursa, bu zaman o, Həmkarlar İttifaqına müraciət edərək, öz hüquqlarının müdafiəsi üçün yardım ala bilir. Hər halda iş yerlərində Həmkarlar İttifaqının olması lazımli məsələdir amma onun düzgün fəaliyyət göstərməsi əsas şərtdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin