Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə ƏMƏLİYYAT KEÇİRDİ

Hazırda oxunan: Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə ƏMƏLİYYAT KEÇİRDİ

99733

Oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə “marixuana”ya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.

Oktyabr ayının 15-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı nəticəsində sərhədboyu zolağı və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 414 qram narkotik vasitə “marixuana” ya bənzər maddə və 1850 ədəd “gabaprel 300” həbi aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin