Şairə nənəsini öldürən gəncin MƏHKƏMƏSİ BAŞLAYIR

Hazırda oxunan: Şairə nənəsini öldürən gəncin MƏHKƏMƏSİ BAŞLAYIR

99674

Sumqayıtda nənəsini öldürməkdə təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub. 

Bizim.Media xəbər verir ki, məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin olunub. Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, hakim Hafiz Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu il iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Şairə, QHT rəhbəri kimi tanınan Qənirə Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri olub. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedaqoji fəaliyyət göstərib. Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb.

Məlum olub ki, Nicat Əliyevin anası Azərbaycanda yaşamır. O, Türkiyə vətəndaşı ilə ikinci dəfə ailə qurub və hazırda orada yaşayır. 

Nicat Əliyev də çox vaxt anasının yanında, Türkiyədə olub. Azərbaycana gələndə isə nənəsi ilə birlikdə yaşayıb. Qənirə Mehdixanlı bu ilin martında nəvəsinə böyük nişan məclisi keçirib.  

Bundan başqa, Qənirə Mehdixanlı nəvəsinə hadisədən bir qədər əvvəl bahalı avtomobil də alıb.

Bir sözlə, nənə və nəvə arasında pulla bağlı problem olmayıb. Buna baxmayaraq, Nicat gecəyarısı evdə nənəsini boğaraq öldürüb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin