Azərbaycan komandoları Buğdadağ yüksəkliyini necə ələ keçirib? - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Azərbaycan komandoları Buğdadağ yüksəkliyini necə ələ keçirib? - TƏFƏRRÜAT - FOTO

99562

Sentyabrın 13-ü və 14-də Ermənistanla sərhəddə həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatı zamanı Azərbaycan ordusu Daşkəsən rayonunun Buğdadağ strateji yüksəkliyini azad edib. Azərbaycan-Ermənistan sərhədində yerləşən bu yüksəklik 1990-cı illərin ortalarından Ermənistan ordusunun nəzarəti altında olub. Bu da onlara Azərbaycan ordusunun Daşkəsən istiqamətində, o cümlədən Azərbaycan ordusunun mövqelərini, bu mövqelərə aparan təchizat marşrutlarını tam nəzarətdə saxlamağa imkan verib. Hazırda yüksəklik və Bala Göyçə gölü də daxil olmaqla bütün ətraf ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır.

Mühəndis-istehkam qoşunları Buğdadağ ətrafını minalardan təmizləyir, yeni təchizat yolları çəkir. Azad edilən yüksəklikdə möhkəmləndirmə işləri aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin bu yüksəklikdən hazırladığı reportajda deyilir.

Reportajda Azərbaycan xüsusi təyinatlılarının keçilməz dağ cığırları, dərələr, dağ çayının yatağı ilə hərəkət edərək Buğdadağ yüksəkliyini necə azad etməsindən bəhs edilir.

Vaxtilə general Polad Həşimovun briqadası da bu yüksəklik istiqamətində mövqelər tutmuşdu. Döyüşçülər deyirlər ki, o zamanlar Azərbaycan ordusunun mövqelərinə təchizat yollarının çəkilməsində, postların möhkəmləndirilməsində Həşimov böyük işlər görüb.

Həmin vaxt Polad Həşimovla birgə xidmət edən zabitlərdən biri xatırlayır: “General ən çox Buğdadağ yüksəkliyinin azad edilməsini arzulayırdı”.

Ermənistan ordusunun minaatan hissəsi Buğdadağda yerləşdirilib, ağır pulemyotlar quraşdırılıb. Hündürlükdə 30 metrlik dirəyə quraşdırılmış termal kamera 30 kilometrə qədər dərinlikdə Azərbaycan ərazilərini müşahidə etmək, nəticədə Azərbaycan ordusunun bütün hərəkətlərini izləmək imkanı yaradıb. Zabitlərdən biri - təpənin azad edilməsi uğrunda döyüşlərin iştirakçıları deyir ki, bu kameranın yaddaşına baxış keçirən zaman orada Azərbaycan ordusunun hərəkətlərini əks etdirən kadrların olduğu aşkarlanıb.

Xüsusi təlim keçmiş dağ komandoları səhər tezdən iki istiqamətdən yüksəkliyə hücum ediblər.

Bu, ermənilər üçün gözlənilməz olsa da, onlar Azərbaycan hərbçilərinə avtomatik qumbaraatanlardan atəş açaraq müqavimət göstəriblər. Atışmalara baxmayaraq, komandolar qayaların üstündən sürünərək Ermənistan ordusunun uzun illər möhkəmlənmiş yüksək mövqelərini ələ keçirib.

Yüksəkliyin azad edilməsi uğrunda gedən döyüşlərdə bir neçə azərbaycanlı döyüşçü yaralanıb, hərbçi Asiman İmamverdiyev həlak olub. Bu gün yüksəklik bu qəhrəmanın adını daşıyır.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin