Qubada xoşməramlı AKSİYA - Şəhid və qazi ailələrinə tibbi MÜAYİNƏ

Hazırda oxunan: Qubada xoşməramlı AKSİYA - Şəhid və qazi ailələrinə tibbi MÜAYİNƏ

99450

Qubada xeyirxah və xoşməramlı aksiyaya start verilib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Quba rayon İcra Hakimiyyətinin, mərkəzi xəstəxanasının və C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib.

Quba rayon mərkəzi xəstəxanasında reallaşan aksiyada Quba, Qusar, Xaçmaz rayonlarının qeyd olunan imtiyazlara daxil olan şəxsləri kardioloji, endokrinoloji, şüa-dioqnostika və nevroloji müayinələrdən keçirilib, həmçinin onların elektrokardioqrama və exokardioqrama müayinələri aparılıb.
Müayinələrin nəticələrinə görə, xəstələrə lazımi müalicələr təyin edilib və tibbi müəssisələrə yönləndirilib.

6 nəfərə isə Bakı xəstəxanalarına göndəriş verilib. Quba İH-nin məsul əməkdaşı Anar Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə,tibbi  aksiya zamanı 150 şəhid ailəsi və qazi iştirak edib. Əlavə olaraq bildirilib ki, belə xeyirxah aksiyalar müntəzəm davam  etdiriləcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin