“Partlayış baş verən su kəməri sovet dövründə çəkilib, hər il müxtəlif yerlərdə qəzalar baş verir”.
Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Qurum rəsmisi bildirib ki, hazırda əhalinin su ilə təchizatında problem yoxdur:
"Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür".
Qeyd edək Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:33 / 15.10.2022
Partlayış baş verən su kəməri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Partlayış baş verən su kəməri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Partlayış baş verən su kəməri ilə bağlı RƏSMİ AÇIQLAMA
99436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.