Hikmət Hacıyevin 43 yaşı tamam oldu

Hazırda oxunan: Hikmət Hacıyevin 43 yaşı tamam oldu

99424

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin doğum günüdür.  

Bizim.Media xəbər verir ki, bu gün H.Hacıyevin 43 yaşı tamam olur.  

Məlumat üçün bildirək ki, o, 1979-cu il oktyabrın 15-də Gəncə şəhərində anadan olub. H.Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib.

2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycanın Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıdıb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyib.  

H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı, 9 iyul 2019-cu ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.  
18 sentyabr 2018-ci ildə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Prezidentinin köməkçisi təyin olunub.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin