Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Lökbatanda yolu su basdı, hərəkət çətinləşdi - VİDEO
Onun sözlərinə görə, hazırda bu xətt üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:
“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su verilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və " Azərsu" ASC birlikdə tədbirlər görür”.
Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bizim.Media