Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti bərpa edilir? - AÇIQLAMA

Hazırda oxunan: Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti bərpa edilir? - AÇIQLAMA

9939

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulmasından sonra bərpa ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya verilən məlumata görə, aparılan yenidənqurma işləri bu istiqamətdə sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə də sözügedən xətt üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.

Qeyd edək ki, Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü artıq istimara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin