Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, "Azərsu" ASC birlikdə tədbirlər görür.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Lökbatanda yolu su basdı, hərəkət çətinləşdi - VİDEO
Qeyd edək ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.
Bizim.Media