DİN 9 ayın HESABATINI verib - FOTO

Hazırda oxunan: DİN 9 ayın HESABATINI verib - FOTO

99335

Oktyabrın 14-də Daxili İşlər Nazirliyində təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayətlər və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaşların qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən danışıblar.

Qeyd olunub ki, cari ilin 9 ayında respublika üzrə axtarışda olanların 81,4 faizi tutularaq istintaqa təhvil verilib. Cinayət işləri və xırda talamalar nəticəsində vətəndaşlara vurulmuş ziyanın təxminən 90 faizə qədəri ödətdirilib.
Həmin müddətdə qanunsuz dövriyyədən 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 293 kiloqram çox, yəni ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-leqal dövriyyədən 1 ton 400 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə də davamlı iş aparılıb.

Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki aşkarlanaraq məhv edilib.
Bu xüsusda onu da nəzərə çatdırıb ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, həmçinin həmin vasitələrin onlayn satışı sahəsində faktların 20 faizə qədəri məhz vətəndaşların məlumatları əsasında aşkarlanaraq cinayəti törətmiş şəxslər ifşa olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin