Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün hakim Nural Əliyevin icratına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub.
Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 14.10.2022
Şəmkirin sabiq icra başçısının məhkəməsinin VAXTI AÇIQLANDI
Hazırda oxunan: Şəmkirin sabiq icra başçısının məhkəməsinin VAXTI AÇIQLANDI
Hazırda oxunan: Şəmkirin sabiq icra başçısının məhkəməsinin VAXTI AÇIQLANDI
99326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.