2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb. 
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 
Bildirilir ki, müvafiq dövr ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz bahalaşma qeydə alınıb. 
Eyni zamanda, ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. 
Sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub. 
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							15:30 / 14.10.2022
							
						Sentyabrda ən çox bahalaşan ƏRZAQ MƏHSULLARI
						
							
								Hazırda oxunan: Sentyabrda ən çox bahalaşan ƏRZAQ MƏHSULLARI  							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Sentyabrda ən çox bahalaşan ƏRZAQ MƏHSULLARI  							
						99279
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































