Elmar Vəliyevin qardaşının dələduzluqla üzləşməsi olayı YENİDƏN ARAŞDIRILACAQ 

Hazırda oxunan: Elmar Vəliyevin qardaşının dələduzluqla üzləşməsi olayı YENİDƏN ARAŞDIRILACAQ 

99255

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsaitlə çıxış edib.  

Vəkil cinayət işində bəzi sənədlərin araşdırılmasına ehtiyac olduğunu deyib. Bu səbəbdən məhkəmə istintaqının yenilənməsinin istəyib. 

Məhkəmə vəsatəti təmin edib və işdə olan bəzi sənədlərin yenidən araşdırılmasına qərar verilib. 

Növbəti proses oktyabrın 28-də davam edəcək.  

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi. 

İttihama görə, Cəfər Əliyev ümumilikdə 5 nəfərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir.  

İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. 

İstintaq orqanı tərəfindən Cəfər Əliyevin  barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin