Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqinin imkanlarını genişləndirib.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, artıq daşınmaz əmlaka sərəncam verilmək, o cümlədən əmlakı almaq, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq və sair hərəkətlər etmək üçün etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək mümkündür.
İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlakları və yaxud konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.
“Appstore” və “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür.
Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair, vəkilə verilən, sosial, banklarda təmsilçiliklə bağlı etibarnamələr, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.
"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:56 / 14.10.2022
"Mobil notariat"ın tətbiqində YENİLİK
Hazırda oxunan: "Mobil notariat"ın tətbiqində YENİLİK
Hazırda oxunan: "Mobil notariat"ın tətbiqində YENİLİK
99228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.