(Yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə adddım-addım Türkiyə”x9d kitabından Adana ilə bağlı 3-cü yazı)
“KAŞ Kİ, BU GÜNLƏRİ YAŞAMAYAYDIQ”¦”x9d
“Belə bir mahnı var”x9d deyə yazıram indi”¦ Düşmür dil ucundan, dodaqdan.
Belə bir dərd də var”¦ Belə ağrı da var-nisgili bitməz ”“ Xocalı rəngində, Xocalı ismində, adında. Bir el bayatısının diliylə desəm:
Mən aşiq oyan yeri,
Al qədəm, o yan yeri.
Yüz gün sel gəlsə oymaz,
Bir gün qəm oyan yeri.
Azərbaycan Kültür Dərnəyinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı və Adana Böyük Şəhər Bələdiyyəsinin dəstəyi ilə düzənlənən Xocalını anım mərasimi boyunca bizimlə bir oldu bu qəm, bu kədər. Yenə tarixi sənədlər, Xocalı soyqırımından xatirə qalan foto-şəkillər, sənədli film fraqmentləri araya gəldi. Düz iyirmi iki il əvvəlki dəhşətlər yenidən yaşandı. Könül ağlayırdı, qəlb ağlayırdı.
Adana Böyük Şəhər Bələdiyyəsinin başqanı bir qardaş kimi söz açdı tarixin bu qanlı olayından. Ceyhan Bələdiyyəsinin başqanı Hüseyn Sözlü qəmindən, könül ağrısından heç tuta bilmədi özünü.
Türk Kültür Dərnəklərinin başqanı Halil Akyürək öz çıxışında erməni hiyləgərliyindən, zaman-zaman türk xalqlarına qarşı apardıqları düşmənçilik, soyqırım, işğalçılıq siyasətindən geniş söz açdı. Azərbaycan Kültür Mərkəzinin rəhbəri Yaqub Bulut: “Gənclərimiz tariximizi dərindən bilməli və həqiqətlərimizi hər yerdə daha fəal təbliğ etməlidir. Biz türklər Xocalı soyqırımını unutmayacaq və unutdurmayacağıq”x9d. Həmin tədbirdəki çıxışımda Ceyhan bələdiyyəsinin Xocalı soyqırımını tanıyan qərar qəbul etməsinə görə bir daha xalqımız adından Adana insanlarına dərin minnətdarlığımı bildirdim və Adana Bələdiyyəsinin də belə bir qərar qəbul edəcəyinə ümidvar olduğumu bildirdim. Adana bələdiyyəsi başqanı və üzvlərinin də iştirak etdiyi tədbirdə Xocalı soyqırımı ilə bağlı rəsmi qərarın qəbulunun və Adananın mərkəzində qoyulması planlaşdırılan Xocalı soyqırımı abidəsinin yaxın zamanlarda reallığa çevrilməsinin böyük əhəmiyyətini bir daha vurğuladım. “Bu abidəni tikin, ucaldın ”“ dedim. ”“ Bunu Sizdən gözləyirik! Abidə üçün ayrılmış parkla tanış oldum. Çox önəmli yerdi. Bu anımlar millətimizin tarixini tanıtmağa xidmət edir. Türk Tarix Qurumunun divarında asılmış lövhədə böyük Atatürkə məxsus fikirdə deyildiyi kimi: “Tarix yazmaq, tarix yaratmaq qədər önəmlidir”x9d. Xocalı Soyqırımı ilə bağlı rəsmi qərar və burada qoyulacaq Xocalı abidəsi də əslində bir tarix yazmaqdır. Çıxışımı və tədbirimizi dərin inamla bir fikirlə bitirdik: “İnşallah, birlik və bərabərlik içində Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcək və əziz adanalılarla birlikdə o gözəl bölgələrimizdə də tədbirlər keçirəcək, bayraqlarımız orada da dalğalanacaq“.
Adanada Türkiyə türkcəsində işıq üzü görən, sabiq millət vəkili Havva Məmmədova ilə birlikdə qələmə aldığımız “Hocalı soyqırımı: tanıkların dilinden”x9d, Akif Aşırlı ilə birlikdə yazdığım “Ermənilərin törətdiyi soyqırımın qurbanı ”“ Bağanıs Ayrım”x9d kitablarının təqdimat və imzalanmasına adanalılar böyük diqqət göstərdi. Çoxlu sayda insanlarımızın iştirakı ilə keçən mərasimdə gəncliyimizə səslənərək, “tariximizi oxuyun, öyrənin, unutmayın və unutdurmayın”x9d söylədik və hər birinə imzalı kitabları hədiyyə etdik”¦
Adana dostlarımla da əzizdir mənə. Bu gözəl bölgəyə səfərlərim zamanı Adana Böyük Şəhər Bələdiyyə başqanı Hüseyn Sözlü və ailəsi, Türkiyə ”“ Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Necdet Ünivar, Kültür və Turizm bakanı Ö.Çelik, dəyərli tarixçi və millət vəkili Yusif Halacoğlu və ailəsi, Azərbaycan Kültür Dərnəyinin başqanı Yaqub Buludun ailəsi də daxil olmaqla bir çox ziyalı dostlarla görüşüb Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı hər zaman fikir mübadiləsi aparırıq. Belə məqamlarda “dərdini kimə deyəsən, dünya dolu adamdı”x9d tərəddüdünə ehtiyac qalmır. Bilirsən ki, öz doğmalarınla, dil, din, mənəviyyat qardaşlarımla bir aradasan. Bu görüşlər zamanı Adana və Ceyhan bələdiyyə yetkililəri tərəfindən mənə hədiyyə edilən Türk bayrağı və Türk simvollarından olan Qurd heykəlləri və Adananı hər gün xatırladan Adana qoxulu simvolik hədiyyələr kitabxanamın ən görümlü yerində qərar tutmaqdadı. Adana isə qəlbimizin ən dərin köşəsində özünə yer tutub və yəqin bundandır ki, yolumuz tez-tez düşür bu qədim diyara.
EY BƏXT, ŞÜKÜR OLSUN,
ŞÜKÜRLƏR SƏNƏ
Adanaya qışın oğlan çağında varıb gəldik. Ancaq gülər, isti camalıyla qarşıladı bizi.Yamyaşıl bağları, narıngi, portağal meyvələrini dosta pay saxlamış ağaclar çıxdı qarşımıza, qonaq elədi. Doğudan batıya 100 kilometrlərlə uzanan Adanada 4 milyona yaxın Azərbaycan eşqli qardaş-bacımız yaşayır. Mersin, Adana, Osmaniyyə və Hatay vilayətlərini çevrələyən bölgə Çuxurovanın mərkəzində yer alıb. Adana şəhəri, böyükşəhər bələdiyyəsinə bağlı 5 metropol qəzanı birləşdirir: Ceyhan, Yüpegir, Çuxurova, Sarıcan və Karansalı”¦ Ceyhan qəzası tamamilə şəhərin mərkəzi sınırlarında yer almaqdadı. Burası Seyhan çayının batı qanadında yer almaqla şəhərin mədəniyyət və iş mərkəzidir.
Çuxurova Ceyhan qəzasının quzeyində və Seyhan hövzəsinin güneyində qərar tutan modern bir yaşam məskənidir. Göl boyunca xüsusi dizaynla tikilib-qurulan villalar, yeni istifadəyə verilən Turqut Özal, Süleyman Dəmirəl və Kənan Evren bulvarlarını gəzib-dolanmağın əvəzi yoxdu.
Yüregir qəzası səmtdə Seyhan çayı üzərində salınan körpülər durmadan gəl məndən adla-keç deyir. Adana başdan-başa məhəllələr şəhəridi. Orta hesabla 254 məhəllə var. Təpədağ, Qayalıbag, Qurukörpü, Ulucami, Sarıyaqub və Əlidədə kimi tarixi məhəllələrin adını çəkməsəm günahım olar.
Rəşatbəy, Camalpaşa, Qurtuluş və Çinarlı məhəllələri Kültürəl həyatın mərkəzləridi.
Gözəlyol, Qarslılar və Kültəpə Seyhana baxan çeşidli məhəllələr sırasındadı.
Adana Türkiyənin ilk sənayeləşən şəhərlərindəndi. Türkiyənin soya və mısır məhsullarının yarısı Adananın payına düşür. Eləcə də yerfıstığının 34, portağalın 29 faizi. Parça (çit) və dəri sənayeçiliyi Adananın 29 faizlik gəlir yeridi. 1894-cü ildən pambıq ticarətinə sahiblik edir. Adana tam bir enerji mənbəyidir. Heyvandarlıq min illərdi bu yerlərdə inkişafdadı. Türkiyənin ən önəmli yerləri tutan 500 sənaye firmasının 11-nə sahiblik edən Adanada 48000 tirajla nəşr olunan “Hürriyyət Çuxurova”x9d qəzeti, Çukurova TV, bir sıra qəzet və yerli televiziya kanalları fəaliyyət göstərir. Adanaya səfərlərimiz zamanı onları birləşdirən Adana Qəzeteçilər Cəmiyyətini də ziyarət edib, geniş müzakirələr aparıraraq onları Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artırmağa çağırdıq.
Adana Qəzeteçilər Cəmiyyəti rəhbərliyi qurumun bir çox ölkələrin media qurumları ilə əlaqələr qurduğunu və Azərbaycanın da müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduqlarını, bu əlaqələrin ortaq problemlərimizin işıqlandırılması baxımından da vacibliyini vurğuladı. Biz də öz növbəmizdə bu istiqamətdə lazım olan dəstəyi göstərməyə hazır olduğumuzu dedik. Görüşün sonunda təşkilat üzvlərini ölkəmizə dəvət etməklə yanaşı onlara Azərbaycan həqiqətlərini anladan kitabları, materialları, həmmüəllifi olduğum Türkiyə türkcəsində “Hocalı Soykırımı tanıkların dili ile”x9d kitabını və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri”x9d filmləri kataloqunu hədiyyə edib, suallarını cavablandırdıq.
Adanaya hər səfər zamanı xüsusilə gənclərlə və onların təşkilatları ilə də görüşür və geniş müzakirələr aparırıq. Azərbaycan-Türkiyə münasibətlərinin bugünü və gələcək perspektivləri, birlik və bərabərliyimizin nə qədər önəmli olması, Qarabağ, Xocalı həqiqətlərinin bütün dünyada geniş yayılmasında onların üzərinə düşən vəzifələrlə bağlı fikir mübadiləsi aparır, suallarını cavablandırmağa çalışırıq.
Adana insanları qonaqpərvər, ən əsası Azərbaycan sevdalısıdırlar. Azərbaycanın böyük şairi İmaməddin Nəsimi bir qəzəlində könül dostuna “Ta üzün gördüm, nigarə, qəmdən azad oldum”x9d deyə salam göndərir.
İnsanı kimi mətbəxi də gözəldi Adananın. Bütün Türk Dünyasında məşhur olan Adana kababına öz yerində qonaq olmağın ayrı ləzzəti var. Üstəlik, qonaqları Azərbaycandan olunca bu ləzzətə unudulmaz söhbətlər, xatirələr də qarışır.
Adana vəfalıdı Türk Dünyasına. Hər zaman sevinci ilə sevinir, ağrısı ilə kədərlənir və hər zaman bölüşür. Adanaya son səfərimiz də Xocalı Soyqırımının baş verdiyi 26 fevralda oldu. Adanalılar bizimlə bərabər yad etdilər yenə də şəhidlərimizi, “dosta da, düşmənə də Azərbaycanın yanındayıq”x9d mesajını göndərdilər. İndi birər-birər xatırlayır, yada salıram Adanada Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib, dünyanın müxtəlif bölgələrində yaşayan Türk insanlarına çağırış etdiyim anları. Həmişə inamlı olmuşam ki, gec-tez dünya Qarabağda baş verənləri bütün gerçəkliyilə anlayacaq. Sadəcə, bunun üçün daha çox təbliğat işi aparmalı, çalışmalıyıq. Vaxtilə Türkçülük düşüncəmizin fikir babalarından olan Əli bəy HüseynÂxadzadənin dediyi kimi “bu işlər bir az da hünərlə, təbliğatla olur”x9d.
Xocalıda dinc azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımın əslində bəşəriyyətə və insanlığa qarşı yönəldilmiş bir cinayət olmasını dünyaya anlatmaq üçün ilk növbədə bütün Türk insanları bir araya gəlməli, bu qanlı olayı unutmamalı və unutdurmamağa qoymamalıdır. Adanada etdiyim çıxışlarım zamanı diqqəti məhz bu məsələlər üzərinə yönəltməyə çalışdım. Bir milyon azərbaycanlı köçkün və məcburi qaçqınlar adından bütün Türk dünyasına səsləndim. Vurğuladım ki, ATƏT və Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya münaqişənin nizama salınması prosesində ikili siyasət aparırlar, faktiki olaraq işğalçı Ermənistana qarşı ciddi təsir göstərmirlər. Əlaqədar qurumlar tarixi ənənəyə uyğun olaraq yenə də “ayır-buyur, parçala və bəhrələn”x9d siyasəti yeridirlər. Diqqətə çatdırdım ki, Qarabağ probleminin həlli harada doğulub-yaşamasından asılı olmayaraq hər bir Türk insanının amal işinə, məqsədinə dönməlidir. Hansı vasitə ilə olur-olsun, əbədi-əzəli torpaqlarımız işğaldan azad edilməlidir. Tədbirin sonunda Adanada fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut Azərbaycan və Türkiyə həqiqətlərini ardıcıl olaraq dünyanın fərqli ölkələrində yayımlanması, gənc nəslə çatdırılması istiqamətdə gördüyüm işləri təqdir edərək mənə mükafat təqdim etdi. Qarşılığında bildirdim ki, bu, mənim və hamımızın vətəndaşlıq borcudur. Sonra çoxlu sayda gənclərin iştirakıyla keçirilən tədbirin təşkilinə görə Yaqub Buluta və Adana Böyük Şəhər Bələdiyyəsinin başqanı Hüseyn Sözlüyə minnətdarlığımı bildirdim, Azərbaycan həqiqətlərini anladan kitablarımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı Azərbaycan həqiqətləri filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə etdim. Konfransdan sonra Adana Böyük Şəhər Bələdiyyə başqanı Hüseyn Sözlü və qardaş Türk toplumları dərnək və təşkilatları ilə geniş fikir mübadiləsi də apardıq. Söhbət zamanı Adana bələdiyyəsinin Azərbaycanın hər hansı bölgəsinin biri ilə qardaşlaşmasının vacibliyi məsələsini təkrar qaldıraraq qısa zamanda öz həllini tapmasına çağırdım. Eyni zamanda, yaxın günlərdə Adana mərkəzində Xocalı soyqırımı abidəsini görmək istədiyimizi təkrar vurğulayaraq Hüseyn bəyin başçılığı ilə Adana bələdiyyəsinin bunu reallaşdıracağına inamımı ifadə etdim. Azərbaycanı öz doğma ölkəsi Türkiyə qədər sevdiyini deyən Adana Bələdiyyə başqanı Hüseyn Sözlü qeyd etdi ki, Xocalı ağrısı bizim də ağrımızdır. Yaxın zamanlarda Xocalı soyqırımı abidəsinin qoyulmasını gerçəkləşdirəcəyik”¦
Adananın könülaçan yaşamını, türkçülük düşüncəsini gördüm və Türk birliyinin əbədiyyətə qədər var olacağına könlüm şad oldu. Adana böyük aktyorların, tanınmış musiqiçilərin dünyaya göz açdığı bir diyardır. Bu bölgədə böyük aydınlar yetişib.
“Sağ olun ki, varsınız”x9d ”“ deyə bir qürur yaşadım yolları boyu”¦
Adananın göz yetirdiyim hər qarış torpağı, əsrarəngiz təbiəti misra-misra könlümə axdı:
İç-içə gözəllik, iç-içə tarix,
Əzəl qismətindi, gözəl Adana.
Bu kitab əbədi dost salamımdı
Yazıb göndərirəm gözəl adına.































































































