Məktəblərdə şagirdlərə telefon qadağası qoyulub - SƏBƏB

Hazırda oxunan: Məktəblərdə şagirdlərə telefon qadağası qoyulub - SƏBƏB

99200

Son günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılır. Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilir. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilir. 

Bəs mobil telefon tədris prosesinə mane olduğu üçün yoxsa məktəblərdəki xoşagəlməz halların çəkilib yayılmasına səbəb olduğunu üçün qadağan olunur? 

Bizim.Media
xəbər verir ki, məsələ ilə bağlı bu gün Trend-in suallarını cavablayan Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, direktorlar şagirdlərin məktəbə smartfonla girişinə qadağa qoyublar. Əslində belə bir qadağanın heç bir əsası yoxdur. 

"Bu kimi halların baş verməsindən xəbərdaram. Ümumiyyətlə, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan əlbəttə ki, valideynlər diqqətli olmalıdırlar.

Bizim həqiqətən direktor problemimiz var. Əlbəttəki, nümunəvi, peşəkar direktorlarda az deyil. Lakin xeyli sayda direktorlar var ki, onlardan bizə də şikayətlər daxil olur.

Direktorlar özlərini məktəbin ağası kimi yox, məktəbin bir parçası kimi hiss etməlidir. Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyyə oluna bilər. Məktəbdə negativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil.

Ümumiyyətlə, məktəbdə negativ hal olmamalıdır. Məktəb təlim və tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadən imtina edəcək”, - deyə o bildirib. 
Elm və Təhsil Nazirliyindən isə bu gün Trend-in sorğuusna cavab olaraq bildirilib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. Məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin