Bakıda yol təsərrüfatına ziyan dəydi - FOTOLAR

Hazırda oxunan: Bakıda yol təsərrüfatına ziyan dəydi - FOTOLAR

99106

Nəqliyyat Nazirliyi “Azəryolservis”x9d ASC-nin balansında olan yollardan xeyli sayda yağış barmaqlığı oğurlanıb.

Moderator.az xəbər verir ki, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Ziya Bünyadov prospektidir. 

Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq yoxa çıxıb.

Analoji faktlar Heydər Əliyev prospektinin “Böyük Şor yol qovşağı”x9dndan “Mərdəkan yol qovşağı”x9dnadək olan hissəsində də qeydə alınıb. Burada oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sisteminə aid quyuların barmaqlıqları götürülüb.

Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis”x9d ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin