"Sun Food" şirkəti istifadə müddətinin bitməsinə az qalmış şokalad konfetləri yeyən fəhləni Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən çıxarıb.
Bizim.Media xəbər verir ki, Anar Abbasov (ad-soyad şərtidir) "Sun Food" MMC-nin Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsində anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsində çalışıb.
Anar Abbasov məhkəmədə bildirib ki, 2022-ci ildə "Sun Food" MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilib, lakin indiyədək MMC tərəfindən işdən çıxarılması barədə əmr ona təqdim edilməyib.
O bildirib ki, dəfələrlə MMC-yə yaxınlaşıb, işdən çıxarılması barədə əmri tələb etsə də, sənəd verilməyib.
Anar Abbasovun işdən çıxarılmasına səbəb isə şirkətin anbarında onun cavabdehliyində olan 112 ədəd məşhur "Choco'Art" fındıqlı şokalad və konfetini yeməsi olub.
Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, Anar Abbasovun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməyib.
Məhkəmənin qərarına əsasən, 60 ədadə "Choco'Art" şokaladı və 52 ədəd "Choco'Art" konfeti (ümumilikdə 112 ədəd) yeməsi cavabdeh üçün hər hansı maddi zərərə səbəb ola və ya işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirə bilməz.
O da nəzərə alınmalıdır ki, iddiaçının yediyi şokaladların istifadə müddətinin bitməsinə az qalıbmış.
Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova "Sun Food" MMC-nin 564K saylı əmək müqaviləsinə xitam verməsi barədə əmrin ləğv edilməsinə və Anar Abbasovun anbardar vəzifəsinə bərpa edilməsinə qərar verib. Həmçinin cavabdeh tərəf Anar Abbasovun işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqını ödəməlidir.
Ətraflı İctimai televiziyanın reportajında:
Bizim.Media