Universitetdən Moderator.az-a verilən məlumata görə, tədbir iştirakçılarına “Beynəlxalq Müəllimlər Günü”x9d münasibətilə xoş arzularını çatdıran universitetin rektoru, professor Elxan Hüseynov cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirib.
Qeyd edilib ki, 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Sevindirici haldır ki, Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən keçirilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix Müəllimlər günü kimi anılır.
Elxan Hüseynov nəzərə çatdırıb ki, bu gün dövlət tərəfindən təhsil işçilərinə göstərilən münasibət müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir: "İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim işləyir. Hal-hazırda universitetimizdə müəllim adını şərəflə daşıyan öz peşəsinin vurğunu olan, hər bir tələbənin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı və səriştəli müəllimlərimiz yetərli qədərdir. Son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası ”x9d bilavasitə mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemini müasirləşdirir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Bu illər ərzində yaradılmış maddi-texniki, elmi və pedaqoji baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcək".
Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzun müddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Konfederasiyası tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Daha sonra incəsənət xadimləri öz çıxışları ilə universitetin professor -müəllim heyətini təbrik ediblər.































































































