Nəzarət-kassa aparatları üzrə ekspert komissiyasının yeni TƏRKİBİ - SİYAHI

Hazırda oxunan: Nəzarət-kassa aparatları üzrə ekspert komissiyasının yeni TƏRKİBİ - SİYAHI

99063

Nazirlər Kabineti tərəfindən “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi” yeni redaksiyada təsdiqlənib.

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi
 
Komissiyanın sədri: 
 
Orxan Nəzərli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi.  
 
Komissiyanın sədrinin müavini: 
 
İlkin Vəliyev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini.  
 
Komissiyanın üzvləri: 
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının Uçot siyasəti şöbəsinin müdiri;  
 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Qiymət statistikası şöbəsinin müdiri;  
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının İqtisadi siyasət şöbəsi müdirinin müavini; 
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi;  
 
Azərbaycan Respublikası Mərkəzi Bankının Nağd Pul Departamentinin direktoru; “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru;  
 
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru; Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) İdarə Heyəti sədrinin müavini.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin