Son illərdə bir çoxları artıq çəkidən qurtulmaq üçün axşam yeməyi yemirlər. Normal çəkidə qalmaq üçün saat 18:00-dan sonra qida qəbul etməyənlər çoxdur.
Bu, bir çox hallarda mütəxəssislərin, dietoloqların tövsiyəsi ilə baş verir. Amma bunun əksini düşünənlər də var.
MÖVZU İLƏ BAĞLI:
Bu qida məhsulları hormonları balanslaşdırmaqla arıqlamağa yardım edir
Yapon alimləri hesab edirlər ki, axşam yeməyindən qaçmaq gələcəkdə çəkinin artmasına səbəb ola bilər.
Axşam yemək qəbul etmək olmaz deyə bir anlayış yoxdur. Sadəcə doğru və yanlış qidalar var.
Dietoloq Zeynəb Azəri bildirir ki, yapon alimləri düz fikirləşirlər. Ac qalmaq arıqlamağın yolu deyil. Əksinə çəki alırsan:
“Elə qidalar var ki, axşam saat 6-dan sonra yemək olar, eləsi də var ki, yemək olmaz. Amma bu, demək deyil ki, ac qalmalısan, axşamın da öz qidaları var”.
Zeynəb Azərinin fikrincə, insan ac qalanda metabolizm zəifləyir:
“Metabolizm bizim orqanizmimizdə gedən prosesdir. Qidalardan qəbul etdiyimiz kalori enerjiyə çevrilir. Bu prosesin yaxşı işləməsi metabolizmin yaxşı işləməsindən xəbər verir.
Elə arasında belə bir söz var, nə qədər yesə də bir dəri, bir sümükdür. Nə qədər yeyirsə, kökəlmir. Eləsi də var ki, bir dilim tort yeyəndə belə artıq çəki alır.
Metabolizm dayananda orqanizm daimi olaraq aclıq hiss edir. Elə bilir ki, həmişə ac qalacaq. Sonradan biz adi bir alma yeyəndə belə o piyə çevrilə bilir.
Diet saxlanılan dövrdə düzgün qidalarla pəhriz olarsa, metabolizmimizi daimi olaraq işlək saxlayırıq. Və normal rejimə keçəndə bu qaydanı qorumaq lazımdır. Ac qalmaq olmaz”.
Gülşanə Mustafayeva, Bizim.Media