29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Nüşabə Sadıxlıya qarşı təxribat xarakterli proses baş verməkdədir. Bu barədə musavat.com-a N. Sadıxlı özü məlumat verib. O, deyib ki, hansısa səbəblərdən Fuad adlı bir MİS ("JEK") müdiri N. Sadıxlıya, namizədliyinin qeydə alınması üçün imza verən vətəndaşların evlərinə gedərək, imzalarından imtina ərizələri almağa çalışır.
Qeyd edək ki, bu, geniş yayılmış taktikadır və hakimiyyət təmsilçiləri onları narahat edən müxalifətçilərin namizədliklərinin qeydə alınmaması üçün bu cür metodlardan davamlı olaraq, istifadə edir. Bunlar isə cinayət xarakterli qanun pozuntusudur və sübuta yetiriləcəyi təqdirdə, onu törədənlərin məsuliyətə cəlb olunması qaçınılmazdır.
Xatırladaq ki, həmin dairədən hakimiyyətin deputatlığa namizədi milli məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevdir.





























































































