"Yaralı PKK-çılar Rusiyada müalicə olunur" - Millət vəkili

Hazırda oxunan: "Yaralı PKK-çılar Rusiyada müalicə olunur" - Millət vəkili

98898
"Rossıya 24 kanalı hazırda Qəndildən PKK-nı təbliğ edən veriliş verir. Terrorçuları məsum göstərməyə çalışırlar. Sevindiricidir ki, türk ordusunun hava zərbələri xeyli hədəfə dəymiş".

Moderator.az xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa facebook hesabında yazıb.

Çünki özlərini burada rahat hiss etmirlər. Türk  aviasiyasının hücumlarından qorunmaq üçün hər an göyə baxırlar. Yaralananlar Rusiyada müalicə olunurlar. Rusiyanın PKK-ya açıq dəstək verdiyi dərhal anlaşılır. Hiss olunur ki, həm Suriyada, həm də İraqda Rusiya və İran ordusu PKK ilə koordinasiyalı hərəkət edəcəklər. 

İŞİD bəhanədir, burada  hədəf Türkiyə ordusunun ciddi zərbə vurduğu PKK-nı çətin vəziyyətdən çıxartmaqdır. Terrorun kökünü kəsmək üçün ilk öncə Türkiyə siyasi elitasında səmimi uzlaşma olmalıdır. 01 noyabrdan sonra MHP-nin də daxil olduğu qətiyyetli bir koalisiya ile AKP bu məsələni qətiyyətlə çözməlidir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin