Ukrayna hökuməti 13 rus şirkətinə qarşı 3 illik sanksiya qərarı çıxarıb.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, bunu Ali Radanın “Avropa həmrəyliyi” fraksiyasını təmsil edən deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna xarici hərbçilərə qapılarını açır – Ali Radadan qanun layihəsi
Parlamentarinin bölüşdüyü sənəddə qadağan olunan zonaya uçuşlar təşkil edən və Rusiyada qeydiyyatda olan 13 şirkətin adı var.
Qeyd edək ki, Rusiya 2015-ci ildə Ukraynaya aid şirkətlər üçün özünün hava məkanını bağlayıb. Kiyevin bu addımı isə, Kremlə cavab kimi qiymətləndirilir.
Bizim.Media