Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinin ilk mərhələsi başa çatıb.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib ki, layihənin birinci mərhələsində ümumilikdə 25 nəfər gənc kiberbullinq, uşaqlarla sosial iş, insan hüquqları, komanda quruculuğu, fizioqnomika, şəxsiyyətin formalaşması, “təlimçilər üçün təlim”, effektiv ünsiyyət bacarıqları və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edib.
Bildirilib ki, layihənin növbəti mərhələsində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşərək, bu sahədə təlimçi kimi formalaşacaqlar.
Qeyd edək ki, layihənin əsas məqsədi bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, uşaq, məktəbli və yeniyetmələr arasında bullinqə qarşı mübarizə vərdişlərini gücləndirmək, habelə gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşdırılmasında yardımçı olmaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 12.10.2022
Bullinqə qarşı mübarizə: Təlim proqramının ilk mərhələsi BAŞA ÇATDI - FOTO
Hazırda oxunan: Bullinqə qarşı mübarizə: Təlim proqramının ilk mərhələsi BAŞA ÇATDI - FOTO
Hazırda oxunan: Bullinqə qarşı mübarizə: Təlim proqramının ilk mərhələsi BAŞA ÇATDI - FOTO
98844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.