Bakıda məşhur apteklər şəbəkəsinin daxil olduğu “Zeytun Pharmaceuticals” MMC barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı hələki müəyyən edilməyib.
Protokol məhkəmə tərəfindən təsdiq edilərsə, şirkət 25 min manatadək məbləğdə cərimə ediləcək.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:39 / 12.10.2022
Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər
Hazırda oxunan: Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər
Hazırda oxunan: Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər
98823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.