“Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Laçına gedən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov öz Facebook hesabında yazıb.
“Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə tikinti, yenidənqurma, bərpa işləri gedir. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır”, - deyə o, qeyd edib.
Ekspert yaxın illərdə Laçının ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcəyini bildirib.
“Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!”, - deyə Ə.Hüseynov yekunlaşdırıb. 
Bizim.Media
 

- A-
- A
- A+
Cəmiyyət
							10:46 / 12.10.2022
							
						Laçın yenidən belə dirçəldilir – VİDEO
						
							
								Hazırda oxunan: Laçın yenidən belə dirçəldilir – VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Laçın yenidən belə dirçəldilir – VİDEO							
						98804
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































