Bakıda ermənipərəst iş adamının kafesi bağlandı

Hazırda oxunan: Bakıda ermənipərəst iş adamının kafesi bağlandı

987

Bakıda  sahibi Ermənistan tərəfinə maddi dəstək verəcəyini bəyan edən kafenin fəaliyyəti dayandırılıb.

Bizim.Media saytı xəbər verir ki,Nəsimi rayonunda yerləşən “AnderSon” ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edib: “Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm.”
 
Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər.  İndiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildiriblər. Onlar  Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiklərini qeyd ediblər.

Bir müddət sonra A.Tatulova paylaşımını silib. Dünən isə həmin kafe fəaliyyətini dayandırıb və Tatulova barəsində araşdırmalar aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin