Azərbaycana buğda idxalı daha bir il əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, buğdanın idxalı və satışı, eləcə də buğda ununun, çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.
Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də bir il artırılır. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub. Dəyişikliyə əsasən, bu, martın 1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ət ehtiyacı – Gömrük bilmir, ekspert isə nikbindir!
Çörək bahalaşacaqmı? – Ekspertin cavabı
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli buğda idxalının daha bir il uzadılmasının iqtisadi əsaslarını izah etdi.
Onun sözlərinə görə, hökumət bu addımla daxildə çörəyin qiymətini sabit saxlamağa çalışır:
“Bilirsiniz ki, 2017-ci ilin yanvarından etibarən Azərbaycana taxıl idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu, daxili bazarın qorunmasında sabitliyin formalaşmasına xidmət edən bir addımdır. Yerli tələbatın 40-50 faizini xaricdən idxal etdiyimizə və yerli istehsal zəif olduğuna görə daxildə qiymət sabitliyini təmin etmək üçün idxal buğdasını əlavə dəyər vergisindən azad edir. Bu da buğdanın dəyərinin 18 faizini təşkil edir. Buğda idxalını əlavə dəyər vergisindən azad etməklə ən azı çörəyin, un və un məhsullarının maya dəyərini birbaşa aşağı salır".
"2017-ci ildən idxal buğdasının ƏDV-dən azad olunması qərarı bu il başa çatır. Bu baxımdan hökumət yenidən ƏDV ilə bağlı tətili bir il daha uzadır. Bunun iqtisadi əsası ondan ibarətdir ki, hökumət bu yolla ölkə daxilində əhalinin əsas ərzaq məhsulu kimi istifadə etdiyi çörəyin qiymətini sabit saxlayır”.
Alçina Amilqızı, Bizim.Media