Avtomobil bazarında BU MAŞINLARIN qiyməti qalxacaq - AÇIQLAMA

Hazırda oxunan: Avtomobil bazarında BU MAŞINLARIN qiyməti qalxacaq - AÇIQLAMA

98615

“Azərbaycanda iyul ayında ölkəmizə gətirilən yeni avtomobillərin qiymətində 2% yüksəlmə olub. İlin sonuna qədər yenə təxminən 2 faiz artımın olacağı gözlənilir”.

Bu məlumatı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib.

Onun sözlərinə görə, sözügedən artım yeni istehsal olunan avtomobillərə şamil olunacaq:

“Bu artım Azərbaycan iqtisadiyyatı ilə əlaqəli deyil. İstehsalçı şirkətlər, zavodlar avtomobillərin qiymətindəki artımı ehtiyat hissələrinin bahalaşması və logistika xidmətlərinin yüksəldilməsi ilə əlaqələndirir”.

Ekspert həmçinin Rusiyadan gələn şəxslərin, turistlərin Azərbaycandan daha sərfəli qiymətə maşın alması ilə bağlı yayılan informasiyalara da aydınlıq gətirib. O, bu məlumatı doğru hesab etməyib, çünki...

“Bu onlara iqtisadi cəhətdən səmərəli deyil. Onlara daha çox Gürcüstan və yaxud da onunla birlikdə Gömrük İttifaqına üzv olan Ermənistandan maşın almaq daha əlverişlidir.

Eyni zamanda belə şaiyələrin yaranmasına səbəb Rusiyada avtomobil sənayesinin çökməsi ilə bağlıdır. Amma Rusiyanın avtomobil sənayesi Azərbaycanın avtomobil bazarlarına təsir etmə imkanında deyil.
Azərbaycan bazarında alternativlər çoxdur və ABŞ-dan, Avropa İttifaqı ölkələrindən, Yaponiyadan, Cənubi Koreyadan, Çindən belə avtomobil alırıq. Bu səbəbdən də Rusiya istehsalı avtomobillərin olmaması bizim bazara hər hansı təsir göstərmir”, - deyə E.Cəfərov qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin