Azərbaycanın Respublikasının Millətlərarası, Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında Bakı Slavyan Universitetinin belə ənənəvi yaradıcı görüşlərin təşkilini davam etdirməsindən məmnunluğunu dilə gətirib: ”x9dSevindirici haldır ki, Bakı Slavyan Universiteti öz ənənələrinə sadiq qalaraq gənc nəsli yaradıcı yaşlı nəsillə daim görüşdürür. Yaradıcı insanlarda daxili ehtiyac olur ki, yazmaq istədiklərini, öz düşüncələrini insanlarla bölüşsünlər. Belə görüşlər yazıçıya daha çox bu imkanı verir. Həm yazıçı mənəvi zövq alır, həm də tələbələr onu daha yaxından tanıyırlar. Natiq Rəsulzadənin yaradıcılığı hamıya yaxşı tanışdır. O, müasir Azərbaycanı, eyni zamanda Sovet dövründəki Azərbaycan həyatını gözəl bilən, tarixini, adət-ənənələrini, kədəri, gülüşü öz əsərlərində hərəkətə gətirməyi bacaran yazıçıdır”x9d. Dövlət müşaviri qeyd edib ki, N. Rəsulzadənin əsərləri həm rus, həm də Avropa oxucusunda Azərbaycan barədə geniş təəssürat yaradır. Kamal Abdullayev bu gün multikultural əhvalda yaşayan Azərbaycan xalqının hələ qədim dövrlərdən bəri həmin ideyalarla yaşadığını vurğulayıb:”x9d ”x9dKitabi-Dədə Qorqud”x9ddan bu günə qədər elə bir yazıçı yoxdur ki, onun əsərlərində mərhəmət, şəfqət hissi aşılanmasın. Natiq Rəsulzadə də həmin yazıçılardandır”x9d.
BSU-da qonaq olmaqdan məmnunluğunu bildirən yazıçı Natiq Rəsulzadə çıxışında öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb: ”x9dYazıçıların gənc oxucuları ilə görşüməsi çox vacibdir. İnsan nə qədər tanınmış olursa olsun, gənclərlə ünsiyyət zamanı onlardan həmişə nəsə öyrənir. Çünki gənclər daha cəsarətli olur, dünyaya tamam başqa gözlə baxırlar. İnsanların əhatəsində olmayan, dünyagörüşü az olan yazıçı heç vaxt maraqlı əsər ərəsəyə gətirə bilməz. Yazılarımda sadə sözlərdən daha çox istifadə edirəm. Bu oxucunun qəlbinə daha yaxşı yol tapa bilir”x9d.
Universitet əməkdaşları tənqidçi Rüstəm Kamal, ədəbiyyatşünaslar Fikriyyə Muradova, Maya Qasımova və b. Natiq Rəsulzadənin yaradıcılığına öz münasibələrini bildirib və onun bu günümüz üçün aktual olan cəhətlərinə diqqəti yönəldiblər.
Polemika şəklində keçən görüşün davamında yazıçı oxucuların çoxsaylı suallarını cavablandırıb.


































































































