Ümumilikdə, mərkəzdə 8 nəzəri, 10 praktiki təlim otağı yaradılıb ki, bu da eyni vaxtda 321 nəfərə təlim keçirilməsinə imkan verir. Burada mexanika, energetika, avtomatika və metrologiya, kompüter, coğrafi informasiya sistemi, SCADA, nəzarət ölçü cihazları kabinetləri fəaliyyət göstərir.
Mərkəzdə təlim iştirakçılarının məişət qayğıları, asudə vaxtlarının təşkili üçün də şərait yaradılıb. Binada mətbəx, 108 nəfərə xidmət göstərən yeməkxana, idman zalı fəaliyyət göstərir. Mərkəzin binasında regionlardan və xarici ölkələrdən gələn təlim iştirakçılarının yerləşməsi üçün 5-i VİP, 12-si standart olmaqla 67 yerlik yataq otaqları da var.
Təlim-Tədris Mərkəzində yaradılmış şəraitlə tanış olmaq üçün “Azərsu”x9d ASC-nin əməkdaşlıq etdiyi Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndələri yeni yaradılmış mərkəzdə olublar.
“Azərsu”x9d ASC-nin sədri Qorxmaz Hüseynov yeni yaradılan Təlim-Tədris Mərkəzi barədə məlumat verərək bildirib ki, kadr hazırlığı işinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün 2014-cü ildə Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzinin yaradılmasına qərar verilib və təmir-tikinti işləri qısa müddətdə başa çatdırılıb. Müasir standartlar səviyyəsində qurulmuş mərkəzdə regional və beynəlxalq təlimlərin keçirilməsi məqsədilə yüksək səviyyəli şərait yaradılıb. Bu təcrübədən yararlanaraq gələcəkdə respublikanın bütün bölgələrini əhatə edən regional təlim-tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur. Beynəlxalq maliyyə qurumlarının Azərbaycanda və digər ölkələrdə reallaşdırdığı layihələr çərçivəsində bəzi beynəlxalq və regional təlimlərin yeni yaradılmış mərkəzdə keçirilməsi də perspektivdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Daha sonra Təlim-Tədris Mərkəzinin həyətyanı ərazisində inşası planlaşdırılan praktiki təlim poliqonlarının yaradılması layihəsinin təqdimatı keçirilib.
Beynəlxalq maliyyə qurumlarının nümayəndələri Təlim-Tədris Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib, burada beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şəraitin olduğunu, mərkəzinin yaradılmasını “Azərsu”x9d ASC-nin uğuru, insan resurslarından səmərəli istifadəyə yönəlmiş məqsədyönlü fəaliyyəti adlandırıblar. Qeyd olunub ki, birgə həyata keçirilən beynəlxalq layihələr çərçivəsində istifadəyə verilən qurğuların istismarı baxımından peşəkar mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə qurumlarının nümayəndələri mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün dəstək veriləcəyini diqqətə çatdırıblar.
Qeyd edək ki, kadr hazırlığı və işçilərin peşəkarlığının yüksəldilməsi məqsədilə 2012-ci ildən başlayaraq mütəxəssislər yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə cəlb edilir. Ümumilikdə, 2012-2015-ci illərdə “Azərsu”x9d ASC-nin 7 mindən artıq əməkdaşı təlimlərə cəlb olunub. 2012-ci ildə Cəmiyyətin işçilərinin 5 faizi, 2013-cü ildə 10, 2014-cü ildə isə 32 faizi təlimlərdə iştirak edib.
12 may 2014-cü ildə Fransanın “Suez Environnement”x9d şirkəti ilə imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə”x9d çərçivəsində 5 il ərzində 34 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq, 250 peşəkar təlimçi hazırlanacaq. Təlim mərkəzlərinin iş prinsiplərinin öyrənilməsi, interaktiv tədris üsullarının mənimsənilməsi, təlimdə innovasiyaların, yeni metod və yanaşmaların tətbiqi sahəsində xarici təcrübənin öyrənilməsi məqsədi ilə Cəmiyyətin əməkdaşları Fransa, İspaniya, Türkiyə, Çin və digər ölkələrdə təcrübə mübadiləsində iştirak ediblər.































































































