Gömrük generallarının həbs müddəti uzadıldı - FOTO

Hazırda oxunan: Gömrük generallarının həbs müddəti uzadıldı - FOTO

98462

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləmiş general-mayoru Ehtiram Xəlilov və Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi olmuş Məsum Rəsulovun həbs müddətləri uzadılıb. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. 

Qərara əsasən, E.Xəlilovun həbs müddəti daha 3 ay, M.Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılıb. 

Qeyd edək ki, hər iki şəxs bu il iyunun 10-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. 

E.Xəlilov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Rəşad Babayev və Şükür Səfərov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin