Bu il pensiya ödənişlərinə ayrılan vəsait açıqlandı - RƏQƏMLƏR

Hazırda oxunan: Bu il pensiya ödənişlərinə ayrılan vəsait açıqlandı - RƏQƏMLƏR

98460

2022-ci ilin yanvar-sentyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz (201 mln. manat) çox olmaqla 3 mlrd. 670 mln. manat vəsait yönəldilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. 

Pensiya islahatlarının davamı olaraq, bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılmaqla, həmçinin pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb, əlavə dəstək olaraq pensiyaçılara maddi yardımlar da ayrılıb. 

1,2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb. 

Bu ilin 9 ayında 20 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 68 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin