Lənkəranda İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etməkdə ittiham olunan sabiq müavini Rasilə Arifqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
MÖVZU İLƏ BAĞLI:
Məktəblini döyən Rasilə Əliyevanın növbəti MƏHKƏMƏSİ ilə bağlı YENİ XƏBƏR
Hökmə əsasən Rasilə Arifqızı 4 min manat məbləğində cərimə olunub.
Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızının tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla müəyyən olunub ki, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib.
O, həmçinin vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yeniyetmənin mobil telefonunu əlindən alıb.
R.Arifqızı şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub, həmçinin ona bədən xəsarətləri yetirib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media