Lənkəranda şəhidin ailə üzvünün pulunu oğurlayan şəxs TUTULDU 

Hazırda oxunan: Lənkəranda şəhidin ailə üzvünün pulunu oğurlayan şəxs TUTULDU 

98395

Lənkəranda şəhidin ailə üzvünün çantasından pul oğurlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Astara sakini, Vətən müharibəsi şəhidinin ailə üzvü olan bir nəfər qadın polisə müraciət edərək Lənkəran şəhəri Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb. 
Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin