Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 9 ayında işəgötürənlər tərəfindən 1403 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.
Nazirlikdən Bizim.Media-dan verilən məlumata görə, Xidmətin elektron sistem üzərindən həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı aşkar edilən həmin hüquq pozuntuları daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əmək məzuniyyəti, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar və s. ilə bağlı olub.
Belə halların əsasən topdansatış və pərakəndə ticarət, ictimai iaşə, emal və tikinti sektorlarında baş verdiyi müəyyən olunub.
Qeyd olunan hüquq pozuntularının böyük hissəsinin aradan qaldırılması təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 10.10.2022
1403 halda əmək qanunvericiliyinin tələbləri pozulub - RƏSMİ
Hazırda oxunan: 1403 halda əmək qanunvericiliyinin tələbləri pozulub - RƏSMİ
Hazırda oxunan: 1403 halda əmək qanunvericiliyinin tələbləri pozulub - RƏSMİ
98376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.