Fərman İsmayılovun nəşi tibbi ekspetizadan keçəcək

Hazırda oxunan: Fərman İsmayılovun nəşi tibbi ekspetizadan keçəcək

9833

Yanvarın 23-də Qvineya körfəzində Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (DİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Fərmanın cənazəsi Bakıya gətirildi - VİDEO


​​​​​​​“Xarici İşlər Naziliyi Baş prokurorluğa rəsmi məlumat göndərib və onun əsasında Fərman İsmayılovun nəşinə məhkəmə tibbi ekspeti baxış keçirəcək. Bundan sonra onun nəşi ailəsinə təhvil veriləcək”, - deyə XİN rəsmisi bildirib.

L.Abdullayeva, həmçinin Türkiyə tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib, mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin