Hadrut: Azərbaycanın Mesopotamiyası - VİDEO

Hazırda oxunan: Hadrut: Azərbaycanın Mesopotamiyası - VİDEO

98267

Xocavənd rayonunun inzibati ərazi dairəsinə daxil olan Hadrutun azad edilməsindən 2 il ötür.

Bizim.Media xəbər verir ki, füsunkar təbiətə və valehedici mənzərələrə sahib olan qəsəbənin adı "iki çay arası" mənasına gəlir və obrazlı ifadə etsək Hadrutun Qədim Mesopotamiyadan tək fərqi Dəclə və Fərat çayları arasında yox, Quzeyçay və Güneyçay arasında yerləşməsidir.

Qəsəbə 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

28 il işğala və təcavüzə məruz qalan Hadrut 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başlatdığı bütün cəbhə boyu əks-hücum əməliyyatları nəticəsində müharibənin 13-cü günündə, 2 il əvvəl bugün erməni işğalından azad edildi.
Gördüyünüz Dəmiryumruq abidəsi Hadrutdadır. Azərbaycan Ordusunun gücünü simvolizə edir. Qarşı tərəfin istənilən təxribatında Azərbaycan əsgərinin, Azərbaycan ordusunun və onun ali baş komandanının dəmiryumruğu işə düşür.

Nəticədə ermənilərin təxribatyönümlü hücumu müdafiə olumaqla, daha dəqiq desək müdafiə oluna bilməməklə, geriyə baxmadan qaçmaqla nəticələnir.

Ətraflı REAL televiziyasının hazırladığı reportajda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin