Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.
Bizim.Media xəbər verir ki, 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi ''Niva'' markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.
Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir. Report.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:39 / 09.10.2022
Lənkəranda ''Niva'' 200 metr hündürlükdən dərəyə aşdı - Ata və oğul...
Hazırda oxunan: Lənkəranda ''Niva'' 200 metr hündürlükdən dərəyə aşdı - Ata və oğul...
Hazırda oxunan: Lənkəranda ''Niva'' 200 metr hündürlükdən dərəyə aşdı - Ata və oğul...
98265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.