Yasamal rayonu Haqverdiyev 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında liftin texniki nasazlığı səbəbindən bir nəfər liftin qapıları arasında qalaraq dünyasın dəyişib. Dünyasını dəyişən şəxs həmin binanın sakini, 51 yaşlı Bəylər Həşimovdur.
Hadisə baş verəndən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər liftdən Bəylər Həşimovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bina sakinlərinin dediyinə görəŞ lift köhnə olduğundan tez-tez xarab olurmuş. Dəfələrlə Bakı Lift 1 İxtisaslaşdırlmış İstehsalat İdarəsinə muraciət etsələr də, şikayətlərinə baxan olmayıb. Elə xarab olan lifti təmir etmək istəyən bina sakini Bəylər Həşimov bədbəxt hadisənin qurbanı olub.
Lift idarəsi bizim xəbər almaq müraciətimizə də sakinlərin problemi kimi dırnaqarası yanaşdı. Əraziyə nəzarət idarəsi çəkiliş qrupumuzu məlumat almaq üçün Baş İdarəyə, Baş İdarə isə ünvanı məlum olmayan istiqamətə yönəltdi.
Maraqlıdır ki, hər il dövlət bücəsindən köhnə liftlərin bərpası və təmiri ilə bağlı kifayət qədər vəsait ayrıldığı halda, lifti niyə sakin özü təmir etməlidir ki, sonda da həyatını qurban versin?!/atv.az/


































































































